200 maşın humanitar yardım Qəzzaya daxil olub

200 yük maşını humanitar yardım, dörd çən məişət qazı və eyni sayda dizel yanacağı “Rəfah” keçid məntəqəsindən keçərək Qəzza zolağına daxil olub...

Poliqon xəbər verir ki, bu barədə İsrail Hökumətinin Koordinasiya İdarəsi (iCOGAT) məlumat yayıb. İdarədən bildiriblər ki, yük maşınları qida, su, mənzil tikintisi üçün avadanlıq və dərmanlar daşıyır.

Yük İsrailin Fələstinin HĞMAS hərəkatı ilə razılaşması çərçivəsində anklav ərazisinə daxil olub.

Qeyd edək ki, noyabrın 22-də əldə olunan razılaşmanın şərtlərinə əsasən, tərəflər müvəqqəti atəşkəs, humanitar yardımların çatdırılması və HƏMAS tərəfindən əsir götürülmüş girovların İsrailə təhvil verilməsi müqabilində İsrail həbsxanalarından fələstinli məhbusların azad edilməsi barədə razılığa gəliblər.

Poliqon.info