Türkiyənin milli müdafiə naziri Bakıda Türk şəhidliyini ziyarət edib - Foto

Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda Türk şəhidliyini ziyarət edib.

“Report” xəbər verir ki, nazir abidənin önünə əklil qoyub, xatirə dəftərinə ürək sözlərini yazıb.

Qeyd edək ki, Y.Gülər Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşündə iştirak etmək üçün Bakıda səfərdədir.

Poliqon.info