Dörd ərəb ölkəsi İsrailə qarşı neft embarqosunu rədd edib...

Dörd ərəb ölkəsi Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının sammitlərində İsrailə neft embarqosu tətbiq etmək təklifini rədd ediblər...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Mərakeş və Bəhreyn bunun əleyhinə çıxıb.

Nəşr yazır ki, noyabrın 11-12-də Ər-Riyadda keçirilən görüşlərdə İsraillə münasibətlərin dondurulması və onun təyyarələrinin ərəb ölkələrinin hava məkanına daxil olmasına qadağa qoyulması da müzakirə olunub.

“Lakin dörd dövlətin liderləri Qəzzada soyqırıma qarşı bir addım da atmadılar, sözün əsl mənasında susmağa üstünlük verdilər”, deyə “Hürriyət” yazıb.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dünyasını Qəzza zolağındakı vəziyyətlə bağlı İsrailə qarşı çıxmağa çağırıb. Onun sözlərinə görə, 10 milyona yaxın əhalisi olan İsrail 500 milyon əhalisi olan neftlə zəngin ərəb ölkələrinin rəhbərlərini qorxutmağa nail olub.

Poliqon.info