Sumqayıtda tullantı poliqonunda yanğın: Mübarizə tədbirləri davam etdirilir - Yenilənib + Video

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrliyində yerləşən məişət tullantıları poliqonunda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə FHN-dən məlumat verilib.

Hazırda havanın güclü küləkli olmasına baxmayaraq yanğınsöndürənlər tərəfindən tüstülənmə ocaqlarının söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir. Açıq alov mənbələri müşahidə olunmur.

Əlavə məlumat veriləcək.

***

Sumqayıtda yerləşən Məişət Tullantıları Poliqonunda gecə saatlarında başlayan yanğın davam edir.

APA xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Bildirilib ki, yanğın 7 hektar ərazini əhatə edib.

Küləkli hava şəraiti yanğını daha da genişləndirib.

 Bu səbəbdən də Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

***

Sumqayıtda Məişət Tullantıları Poliqonu yanır.

“Report”un məlumatına görə, yanğın yeddi hektar ərazini əhatə edir.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğının söndürülməsi işləri davam etdirilir.

Poliqon.info