Şimali Koreya peyk buraxılışlarının sayını artıracağına söz verib

Koreya Xalq Demokratik Respublikası peyk buraxılışlarının sayını artıracaq və sərhəddə ordunu gücləndirəcək...

Şimali Koreya, peyk buraxılışları da daxil olmaqla, suveren hüquqlarını həyata keçirməyə davam edəcəyini və Cənubi Koreya ilə sərhəddə ordusunu gücləndirəcəyin ilə bağlı xəbərdar edib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, Şimali Koreya öz hərbiçilərini ağır silahlardan silahsızlaşdırılan zonanın sərhədinə qaytarır və iki ölkənin 2018-ci il razılaşmasına əsasən çıxardığı təhlükəsizlik postlarını yenidən yaradır.

Bundan əlavə, Şimali Koreya lideri Kim Çen In yenidən kosmik agentliyin Pxenyandakı idarəetmə mərkəzinə baş çəkib və ABŞ Hərbi Hava Qüvvələrinin Quamdakı bazasının son peyk görüntüləri ilə tanış olub.

Qeyd edilir ki, KXDR lideri ABŞ-ın “Karl Vinson” nüvə aviadaşıyıcısının Şimali Koreyanın kəşfiyyat peyki tərəfindən çəkilmiş fotoşəkillərinə baxıb. Peyk Busan, Pohanq və Ulsan da daxil olmaqla “düşmən ərazisindəki mühüm hədəf bölgələrinin” fotoşəkillərini çəkib. Koreya peyki həmçinin Havay adaları üzərindən uçub və “Pearl Harbor-Hikkam” hərbi bazasının görüntülərini də yollayıb.

Poliqon.info