Bayden BMT-nin Dubayda keçiriləcək iqlim sammitində iştirak etməyəcək

Prezident Co Baydenin iki illik danışıqlarda iştirakdan sonra Dubayda keçiriləcək BMT-nin iqlim sammitindı iştirak etməyəcək...

Poliqon xəbər verir ki, bu barədə France Press Agentliyi, adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən məlumat yayıb. AFR qeyd edir ki, cümə axşamı işə başlayacaq sammitdə COP28-də milli liderlər və Papa Fransisk də daxil olmaqla təxminən 70,000 insanın iştirak edəcəyi gözlənilir. Bu, Birləşmiş Millətlər Təşkilatının tarixdə ən böyük iqlim sammiti ola bilər.

Xəbərdə bildirilir ki, Ağ Evin Bayden və vitse-prezident Kamala Harris üçün açıqladığı iş qrafikində Dubaya səyahət daxil deyil.

Baydenin iş qrafikinə ABŞ-ın külək enerjisinə sərmayəsini artırmaq üçün Kolorado səfəri, Anqola prezidenti ilə görüş və ABŞ-ın Milad ağacının işıqlandırılması daxildir.

AFR-ə danışan ABŞ rəsmisi, Baydenin bu həftə COP28 sammitində iştirak etməyi planlaşdırmadığını təsdiqləyib. Rəsmi bildirib ki, Bayden administrasiyası hələ də yüksək səviyyəli bir məmurun Dubaya göndərilib-göndərilməyəcəyini müzakirə edir.

Rəsmi Baydenin qərarının səbəbini açıqlamayıb. Lakin hesab olunur ki, Bayden bir aydan çoxdur ki, bütün diqqətini İsrail və HƏMAS arasındakı müharibəyə cəmləyib və bir ildən az bir müddət qalan ABŞ prezident seçkiləri ilə bağlı proqramlara üstünlük verir

Poliqon.info