Bayden ABŞ-ın müsəlman liderlərindən üzr istəyib

ABŞ prezidenti Co Bayden Qəzzada ölənlərin sayını sorğuladığı üçün müsəlman liderlərdən üzr istəyib...

ABŞ prezidenti Co Bayden HƏMAS-ın Qəzza zolağında ölənlərin sayını açıq şəkildə sorğuladıqdan sonra müsəlman Amerika liderlərindən üzr istəyib.

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

“Fələstinlilərin həlak olanların sayı ilə bağlı həqiqəti söylədiklərinə əmin deyiləm. Əminəm ki, günahsız insanlar həlak olub və bu, müharibə aparmağın bədəlidir”, deyə ABŞ prezidenti oktyabrın 25-də keçirdiyi mətbuat konfransında bildirib.

Bayden daha sonra beş Amerika müsəlman lideri ilə görüşüb. Görüş zamanı o, liderlərin Yaxın Şərqdəki münaqişənin bilavasitə təsirinə məruz qalmış tanıdıqları insanlar haqqında danışdıqlarını dinləyib. Öz növbəsində prezident peşman olduğunu və özündən məyus olduğunu bildirib.

Amerikalı müsəlman liderlərin Baydeni fələstinlilərə daha çox mərhəmət göstərməyə çağırdığı və görüşün sonunda Baydenin iştirakçılardan birini qucaqladığı iddia edilir.

Bundan əvvəl ABŞ və İsrail HƏMAS-ın bütün girovlarının azad edilməsi istiqamətində işləmək barədə razılığa gəliblər. ABŞ rəhbəri son günlər girovların azad edilməsini alqışlayıb.

Poliqon.info