Belçika Ukraynanın Aİ-yə qəbulu ilə bağlı yekun qərarını verməyib

Belçika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aja Lyabib, krallığın Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq üçün Avropa Komissiyasının (AK) tövsiyəsinə dəstək verməklə bağlı hələ yekun qərar vermədiyini bildirib.

Poliqon xəbər verir ki, bu barədə məlumatı “Soir” qəzeti məlumat yayıb.

Lyabib bu qərarın hələ qəbul edilmədiyini qeyd edib və Avropa ittifaqının bütün üzv dövlətlərinin Avropa Komissiyasının tövsiyəsinə yekdil razılığını nəzərdə tutan ümumi Avropa konsensusa nail olunmasının zəruriliyini vurğulayıb.

Diplomat onu da əlavə edib ki, Avropa İttifaqına yeni üzvlərin qəbulu kontekstində qurumun özünün yenidən qurulması, o cümlədən institutlarının islahatları zəruridir.

Bir gün əvvəl Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Maternova ümumkrayna telemarafonunda efirdə çıxış edərək, Kiyevin bu onilliyin sonuna kimi quruma üzv olmaq məqsədini real hesab etdiyini bildirib. Maternova qeyd edib ki, burada iki mühüm məqam var - Ukrayna bütün tələbləri yerinə yetirməlidir və bunun üçün çoxlu texniki işlər görməlidir, həmçinin yeni üzvlərin qəbulu üçün Avropa İttifaqında institusional tənzimləmələrə ehtiyac var.

Poliqon.info