Tailandlı girovların azad edilməsi Ərdoğanın vasitəçiliyi ilə baş tutub

Fələstinin radikal HƏMAS hərəkatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi sayəsində girovluqda olan Tailand vətəndaşlarını azad edib

Bu barədə hərəkatın “Telegram” kanalında dərc olunmuş bəyanatında deyilir.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səylərinə cavab olaraq HƏMAS islami müqavimət hərəkatı Qəzza zolağında olan Tailand əsirlərinin azad edilməsini başa çatdırıb”, - deyə məlumatda bildirilir. (oxu.az)

Poliqon.info