MKİ və MOSSAD İsrail və HƏMAS arasında atəşkəsin əldə edilməsində əsas rol oynayıblar

MKİ-nin direktoru Uilyam Berns və MOSSAD-ın rəhbərləri Devid Barni İsraillə islamçı HƏMAS qruplaşması arasında atəşkəsin əldə olunmasında mühüm rol oynayıblar...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb. Qəzetə ərəb ölkələrindən birindəki diplomatik mənbə deyib ki, ABŞ-ın yardımı son nəticədə israillilərə təzyiq göstərməklə nəticələnib.

Nəşr həmçinin Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Taninin danışıqlar prosesindəki rolunu qeyd edib. İsrail və HƏMAS arasında girovların mübadiləsinə dair hazırkı razılaşmalar Dohanın vasitəçilik funksiyaları sayəsində mümkün olub. Bundan əlavə, xəbərdə ABŞ prezidenti Co Baydenin prosesdə daim iştirak etdiyi vurğulanır. Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar zamanı mütəmadi olaraq girovların dəyişdirilməsi məsələsini qaldırıb.

Poliqon.info