Sabiq spikerin qardaşı oğlunun Gömrük İdarəsi ilə məhkəmə işi...

“Arash medical company” QSC və Bakı Baş Gömrük İdarəsi arasında məhkəmə çəkişməsi davam edir...

Oqtay Əsədovun qardaşı oğluna məxsus olduğu bildirilən şirkətlə Bakı Baş Gömrük İdarəsi arasında məhkəmə çəkişməsi davam edir, iş Ali Məhkəmədə icraata götürülüb.

Pravda.az-ın xəbərinə görə, mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr olan iş Ali Məhkəmənin hakimi Rahib Nəbizadənin icraatındadır.

Qeyd: “Arash Medical Company” 2011-ci ildə qeydiyyata alınıb, qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. Mediada yayılan və təkzib olunmayan məlumatlara görə, şirkətin faktiki sahibi Milli Məclisin keçmiş spikeri, deputat Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədovdur.

Poliqon.info