Premyer Liqa: "Qarabağ" "Sabah"ın qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək...

"Report"un məlumatına görə, günün yeganə matçında "Qarabağ" "Sabah"ın qonağı olacaq.

“Bank Respublika Arena”da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq.

Meydan sahibləri 16 xalla 7-ci pillədə qərarlaşıblar. Ağdam təmsilçisi isə 26 xalla ikincidir.

Azərbaycan Premyer Liqası

XIV tur

20:00. “Sabah” – “Qarabağ”Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.Hakim-inspektor: Rəhim Həsənov.AFFA nümayəndəsi: Elçin Mehtiyev.“Bank Respublika Arena”

Qeyd edək ki, turun digər oyunları noyabrın 25-26-da baş tutacaq.

Poliqon.info