İsrail ordusu HƏMAS-ın dəniz qüvvələrinin komandirini öldürdüyünü bildirib

İsrail Müdafiə Qüvvələri (IDF) Fələstin Hərbi Dəniz Qüvvələrinin komandiri Amar Əbu Cəlalın Qəzza zolağındakı hədəflərə endirilən zərbələr nəticəsində öldürüldüyünü bildirib...

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun telegram kanalında məlumat verilib. İDF Cəlalın dənizdən İsrail hərbçiləri tərəfindən dəf edilən bir neçə terror aktının təşkilində iştirak etdiyini iddia edir.

“IDF döyüşçüləri Xan Yunisdə HƏMAS dəniz qüvvələrinin komandiri Amar Əbu Cəlalı və HƏMAS-ın digər dəniz əməliyyatçısını öldürüb”, deyə deyə İDF Telegram kanalında bildirilib.

Qeyd edək ki, bu gün, noyabrın 24-ü səhər saatlarında İsrail və HƏMAS arasında Qəzza zolağında müvəqqəti atəşkəs haqqında razılaşma qüvvəyə minəcək. Razılaşma həmçinin İsrail ərazisindən qaçırılan girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur. Atəşkəs dörd gün davam edəcək.

Poliqon.info