Paşinyan komandasını və müxalifəti yeni parlament seçkiləri ilə hədələyib

Ermənistanda ələn il növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi dairələrdə fəal söhbət gedir...

Poliqon xəbər verir ki, üstəlik, bu mövzu hakimiyyət tərəfindən gündəmə gətirilib. Bu barədə Ermənistanın müxalif “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Nikol Paşinyan “Mülki Müqavilə” partiyasının İdarə Heyətinin son iclaslarından birində növbəti dəfə komandasını hədələyib:

“Əgər belə etsəniz, mən yeni seçkilər keçirəcəyəm, yenidən seçiləcəyəm, ölkənin indiki görkəmini tamamilə dəyişdirəcəyəm. Yeni seçkilər vasitəsi ilə parlamentə tamamilə yeni bir sima verəcəm, ueni halom komanda və yeni müxalifət meydana çıxacaq”, deyə Hraparak” mənbəyə istinadən Paşinyanın adından yazır.

Nəşr yazır ki, siyasi çevrələrdə Paşinyanın bir-iki il əvvəl olduğu kimi seçkiyə gedərək yenidən seçilmək üçün inzibati resursdan istifadə etməsi istisna edilmir. Bu isə Paşinyana “polad mandat” verə bilər.

“Məsələ həm də siyasi meydanı gözlənilmədən ələ keçirmək və yeni müxalifət qüvvəsinə yetişmək şansı əldə etmək baxımınadan önəmlidir”, deyə “Hraparak” qeyd edir.

Poliqon.info