Badalyan: Ermənistan və Azərbaycan nümayəndələri sərhəddə görüşəcək

İlkin razılaşmaya əsasən, noyabrın 30-da Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək...

Poliqon xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial şəbəkələrdə məlumat verib.

Danışıqların Ermənistan-Azərbaycan sərhədində aparılacağı qeyd edilir. Qarşıdan gələn görüşün digər təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, noyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı sülh prosesini müzakirə etmək üçün sərhəddə görüşməyə dəvət edərək, İrəvanı yeni lazımsız gecikmələrə yol verməməyə çağırıb.

Noyabrın 22-də Ermənistan Xarici İşlər Nazirliyi sərhəddə görüş təklifini dəstəkləyib.

Poliqon.info