Ronaldo həbsxanaya göndərilməyəcək

Məhkəmə Mayorqa zorlama işində Ronaldoya bəraət verib...

Poliqon Daily Mail nəşrinə istinadən xəbər verir ki, məhkəmə Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun futbolçusu Kriştiano Ronaldoya model Ketrin Mayorqanın təcavüzü ilə bağlı bəraət verib.

Qeyd edək ki, model ilk dəfə 2018-ci ilin sentyabrında Ronaldonu zorlamada ittiham edib. Ketrin Mayorqacinayətin 2009-cu ildə Las-Veqasda baş verdiyini iddia edib. Daha sonra idmançının susduğu üçün ona 375 min dollar ödədiyi iddia edilib.

Ronaldo isə hər şeyi inkar edib. 2019-cu ilin iyulunda Las-Veqas prokurorluğu Mayorqanın futbolçuya qarşı ittihamlarını əsassız elan edib.

Ketrin Mayorqa2023-cü ilin oktyabrında ikinci iddia qaldırıb.

Ronaldo 2016-cı ildən model Corcina Rodriqeslə münasibətdədir. Cütlüyün beş övladı var, onlardan ikisi ortaqdır. 2017-ci ilin əvvəlində Kriştiano surroqat anadan əkiz uşaq dünyaya gətirib. 2017-ci ilin noyabrında Rodriqes özü Alana Martina adlı bir qız dünyaya gətirib. 18 aprel 2022-ci ildə Ronaldo və Corcina yenidən valideyn olublar.

Ronaldo yanvarın 2-dən Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda oynayır. Klubla bağladığı müqaviləyə əsasən, o, ildə 200 milyon avro alır.

Poliqon.info