Argentina Çin və Rusiya ilə münasibətlərə dair mövqeyinə aydınlıq gətirib

Argentina Çin, Braziliya və Rusiya ilə münasibətləri kəsmək fikrində deyil...

Poliqon xəbər verir ki, bunu Argentinanın TN telekanalına müsahibəsində Latın Amerikası ölkəsinin gələcək xarici işlər naziri Diana Mondino deyib.

“Bunlar mənası və məntiqi olmayan şeylərdir. Münasibətlərdə nə qopma var, nə də dəyişiklik. Çin və Rusiya ilə diplomatik münasibətlərin qopması ola bilməz. Səfiri geri çağırmaq üçün son dərəcə ciddi bir vəziyyət olmalıdır”, deyə Mondino Buenos Ayresin mövqeyinə aydınlıq gətirərək vurğulayıb.

Öz növbəsində ölkənin seçilmiş prezidenti Xavyer Miley bildirib ki, yeni hakimiyyət bir sıra ölkələrlə münasibətləri inkişaf etdirmək istəmir. “Çin və Rusiya ilə barışmaq niyyətində olub-olmaması” sualına Miley belə cavab verib: “Mən onlarla nə vaxt mübahisə etdim?”

Miley vurğulayıb ki, o, ABŞ, İsrail və Qərbin müttəfiqidir və “avtokratik rejimlərlə, kommunistlərlə, sülhə hörmət etməyənlərlə və ya barışmayanlarla münasibətləri inkişaf etdirmək niyyətində deyil.

Poliqon.info