ABŞ-da yeni müharibəni harada başladacaq?

Birləşmiş Ştatlar Çini müharibəyə təhrik etmək niyyətindədir ki, ABŞ-ın hərbi-sənaye kompleksi sifarişlər almaqda davam etsin...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “American Conservative” jurnalı yazıb. Nəşrin yazdığına görə, münaqişəyə başlamaq üçün Qərb dövlətləri Ukraynada işlədikləri üsullara əl atacaqlar.

“Xarici Siyasət Departamenti artıq eyni metodologiyadan istifadə edərək Çinlə müharibə hazırlamağa çalışır. Savaşçı ritorika, təxribat xarakterli hərbi manevrlər, mühasirə və iqtisadi müharibə Tayvanın silahlandırılmasını vacib edir və Tayvan aşkar şəkildə yeni müharibənin başladılması üçün alət kimi istifadə edilir”, deyə məqalə müəllifi yazır.

Müəllifin fikrincə, bu, Amerika hakimiyyətinin bu yolla öz hərbi sənaye kompleksini doyurması ilk və sonuncu dəfə deyil. Məqalədə qeyd edilir ki, ABŞ 2021-ci ildə Əfqanıstandan çıxdıqdan sonra vergi ödəyicilərindən vəsait çıxarmaq üçün yeni səbəb lazım idi və bunun nəticəsi Ukraynadakı münaqişə oldu. Bundan əvvəlisə Vaşinqton Yaxın Şərqdə terrorçularla mübarizə aparırdı.

Nəşr yazır ki, Çinin iştirakı ilə yeni konflikt hazırlamaq Pentaqonun maliyyələşdirilməsinə də kömək edəcək, eyni zamanda, çox güman ki, sadə amerikalılara zərər verəcək.

Poliqon.info