Muxtar Babayevin diqqətinə: Ekologiya işçiləri yüzlərlə ağacı məhv edib - Video

Yardımlı rayonunda meşələrin kütləvi şəkildə məhv edilməsi faktı qeydə alınıb...

Yerli sakinlərin AzToday.az-a təqdim etdiyi videolardan görünür ki, rayonun Ləzir kəndinin meşələrində yüzlərlə cavan ağac qırma sahəsi olmadan meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilib, UAZ markalı avtomobillərlə daşınıb.

Sakinlərin sözlərinə görə, sözgedən meşənin gözətçisi noyabrın 1-dən işdən çıxsa da, meşəyə indiyə kimi gözətçi təyin olunmayıb. Mövcud normativlərdə isə meşəyə dərhal nəzarətçi təyin olunmalı idi. Sakinlər bunun səbəbini meşələrin qırılmasına şərait yaratmaq olduğunu israrla bildirirlər.

Baş verən ekoloji cinayətin görüntülərini təqdim edirik:

Ümid edirik, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu dəfə Yardımlı meşələrindən merkantil məqsədləri üçün istifadə edən ekologiya işçilərini cəzalandıra biləcək…

Poliqon.info