Rusiyadan Gürcüstana gedən yeganə quru yolu bağlandı

Gürcüstan ərazisində pis hava şəraiti ilə əlaqədar Gürcüstan Hərbi Yolu ilə bütün nəqliyyat növlərinin hərəkəti yenidən məhdudlaşdırılıb...

Poliqon publika.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb .

""Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar noyabrın 21-i saat 20:40-dan etibarən Vladiqafqaz şəhəri ilə Lars qəsəbəsi arasındakı ərazidə Rusiya Federasiyasından çıxmaq istiqamətində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib" - məlumatda ​​deyilir.

Məhdudiyyətlərin növbəti xəbərdarlığa qədər tətbiq edildiyi dəqiqləşdirilir.

Kazbegi-Verxniy Lars sərhəd-keçid məntəqəsi Gürcüstan və Rusiyanın quru sərhədində hazırda fəaliyyət göstərən yeganə buraxılış məntəqəsidir.

2023-cü ilin yayında Rusiya və Gürcüstan sərhədində yerləşən "Verxniy Lars" keçid məntəqəsində avtomobillər üçün zolaqların sayı 39-a çatıb. Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi qeyd edib ki, üç zolağa keçidin genişləndirilməsi keçid problemini həll etməlidir.

Poliqon.info