Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb...

Bu barədə Poliqon FHN-ə istinadən məlumat verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Poliqon.info