Qəzza ilə bağlı Təmas Qrupunun Moskvada görüşü başlayıb - Yenilənib

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Qəzza zolağı ətrafında vəziyyətin nizamlanması ilə bağlı Təmas Qrupunun üzvləri arasında görüş başlayıb...

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, Lavrovla Ər-Riyadda keçirilən sammitdə qəbul edilmiş qərara əsasən, Rusiya paytaxtına gələn Ərəb Liqası və İƏT ölkələrinin bir sıra xarici əlaqələr qurumlarının rəhbərlərinin nümayəndə heyətləri arasında görüşnm keçirildiyini söyləyib.

Qeyd edək ki, Rusiya XİN başçısı ilə görüşdə Səudiyyə Ərəbistanı, İordaniya, Misir, İndoneziya, Fələstin xarici işlər nazirləri və İƏT baş katibi iştirak edir.

***

Bu gün Qəzzada atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılması üçün yaradılan Təmas Qrupunun Moskvada Rusiya rəsmiləri ilə danışıqları baş tutacaq.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən mənbələr bildirib.

Qeyd olunub ki, Qrup ilk səfərini dünən Pekinə edib. ÇXR xarici işlər naziri ilə görüş keçirilib. Təmas Qrupu sabah London və Parisdə də görüşlər keçirəcək.

Türkiyə ilə yanaşı Təmas Qrupuna Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Nigeriya, Qətər, İordaniya, Fələstin və İƏT-in baş katibi daxildir.

Təmas Qrupu noyabrın 11-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Ər-Riyadda keçirilən Birgə Zirvə toplantısı çərçivəsində alınan qərara əsasən yaradılıb.

Poliqon.info