Husilər ələ keçirilən gəminin azad edilməsi üçün İsrailə şərt qoyublar

Girov götürülən “Galaxy Leader” yük gəmisi İsrail Qəzza zolağında əməliyyatı dayandırana qədər buraxılmayacaq...

Poliqon xəbər vüerir ki, bunu Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının yaratdığı Respublika Ali Siyasi Şurasının üzvü Husi Məhəmməd Əli əl-Husi X sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Əgər Amerika və İsrail Qəzzada əməliyyata son qoysalar, anklava su, dərman və ərzaq çatdırsalar, o zaman İsrail gəmisinin azad olunması haqqında danışa bilərik”, deyə “Ənsar Allah” hərəkatının rəsmisi gəminin buraxılması şərtlərini adlandırıb.

Əl-Husinin sözlərinə görə, gəminin ələ keçirilməsi müharibə şəraitində qarşılıqlılıq prinsipinə tam uyğundur.

Qeyd edək ki, Qırmızı dənizdə İsrailin “Galaxy Leader” gəmisi ələ keçirilib. Gəminin göyərtəsində 22 nəfər olub və onların arasında İsrail vətəndaşı olmayıb.

Poliqon.info