ABŞ Rusiyanın Belarusa apardığı azyaşlı ukraynalıların taleyindən xəbərsizdir

Rusiya tərəfindən işğal olunmuş ərazilərdən Belarusa aparılmış ukraynalı uşaqlar insan alverinə qarşı çox həssas olaraq qalırlar...

Poliqon “Amerikanın Səsi” radiostansiyasına istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

Ağ Ev rəsmisi bildirib ki, Birləşmiş Ştatlar hadisələri izləyir. Hazırda Vaşinqton uşaqların hələ də istismar edilib-edilmədiyini bilmir, ona görə də hökumət vəziyyəti nəzarətdə saxlamaqda davam edir.

“Belarus Rusiyanın hərbi təcavüzündə şərikdir. Münaqişə zamanı uşaqlara sığınacaq verən maraqsız üçüncü ölkə deyil. Bu cür əməliyyatlar qeyri-mütənasib şəkildə həssas uşaqları, o cümlədən yetimlər, əlillər, aztəminatlı ailələrdən olan uşaqlar və Ukrayna hərbçilərinin uşaqlarını hədəf alır”, deyə Miller bildirib.

Bununla belə, Dövlət Departamentinin sözçüsü Beynəlxalq Cinayət Məhkəməsinin Belarus lideri Aleksandr Lukaşenkonun həbsinə order verib-verməməsi ilə bağlı suala cavab verməyib.

Qeyd edək ki, Belarusda Ukraynadan qaçırılan uşaqlar üçün 13 mərkəz aşkar edilib. Ukrayna Ombudsmanın sözlərinə görə, Rusiya Federasiyası ukraynalı uşaqların oğurlanmasının kütləvi ssenarisini həyata keçirir.

Poliqon.info