Bakıda küçədə kişi meyiti tapılıb

Bakıda küçədə kişi meyiti tapılıb...

APA xəbər verir ki, meyit Nərimanov rayonu, Ş.Əzizbəyov küçəsində aşkarlanıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1974-cü il təvəllüdlü Elşən Musa oğlu Hüseynov olduğu üzə çıxıb.

Meyitə keçirilən baxış zamanı onun bədənində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info