Azərbaycan lideri Fransanı müstəmləkəçiliyə görə üzr istəməyə çağırıb

"Fransa öz müstəmləkəçilik tarixindən üzr istəməlidir"...

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən "Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı" mövzusunda konfransın iştirakçılarına müraciətində yer alıb.

Dövlət başçısı qeyd edib ki, Fransa digər ölkələrdə etnik təmizləmə siyasəti həyata keçirir: "Bu görüş bir daha sübut edir ki, müstəmləkəçiliyə qarşı mübarizə çox vacibdir. Qadınların kolonizasiyaya qarşı mübarizəsi dəstəklənməlidir. İnanıram ki, bu müzakirələr kolonializmə qarşı mübarizəmizi daha da dəstəkləyəcək".

Poliqon.info