Zelenski: ABŞ və Çin bunu dayandırana qədər Rusiya müharibəyə davam edəcək

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya uzun müddət hərbi əməliyyatları davam etdirəcək və hücum hərəkətlərinə cəhd edəcək...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti bu barədə Britaniyanın “The Sun” qəzetinə müsahibəsində bildirib. Zelenski vurğulayıb ki, müharibə yalnız ABŞ və Çin “Rusiyanı dayandırdıqdan” sonra sona çata bilər.

“Rusiya qorxmur. O, özünü bütün dünyaya qarşı çıxmış kimi hiss etmir. Birləşmiş Ştatlar və Çin Ukrayna ərazisindən ordunu çıxarmağa çağırana qədər Rusiya müharibəni davam etdirəcək”, deyə Zelenski müsahibəsində bildirib. Ukrayna prezidenti hesab edir ki, Pekin və Vaşinqtonun Moskvaya təzyiq göstərəcəyi və hərbi əməliyyatları dayandırmaq barədə düşünəcəyi “an gələcək”.

Vladimir Zelenski həmçinin Qərbi Ukraynaya lazım olan silah və hərbi texnikanı daha aktiv şəkildə təmin etməyə çağırıb. O, Kiyevin bəzi müttəfiq ölkələri silahları pulsuz təhvil vermək istəməzsə, kreditlə silah almağa hazır olduğunu bildirib.

“Verirsənsə ver! Sata bilirsənsə sat! İcarəyə verə bilirsənsə, icarəyə ver. Silah vermək istəmirsənsə, verə bilmirsənsə, birgə istehsala fikir verək. Lisenziyalar ver, pulunu tapaq, deyə Ukrayna prezidenti fikrini yekunlaşdırıb.

Poliqon.info