ABŞ-ın hərbi təyyarəsi Havay adalarına eniş edərkən qəzaya uğrayıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing P8 Poseidon kəşfiyyat təyyarəsi uçuş-enmə zolağından çıxaraq Havay adaları sahillərində suya düşüb...

Poliqon xəbər verir ki. Bu barədə yerli “Hawaii News Now” portalı məlumat yayıb. Təyyarənin göyərtəsində 9 nəfərin olduğu, onların hamısının müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, lakin sağ qalaraq özbaşına sahilə çıxdıqları bildirilir. Hazırda onların tibbi müayinədən keçirildiyi qeyd edilir.

“Təyyarə qismən suya batmazdan əvvəl yerə enib və uçuş-enmə zolağının üstündən keçib. Hadisənin səbəbləri aydınlaşdırılır və araşdırma aparılır”, deyə ABŞ Dəniz Piyadaları Korpusunun Havaydakı bazasının sözçüsü leytenant Heyli Harms USNI News-a bildirib. Onun sözlərinə görə, təyyarə yerli Havay vaxtı ilə saat 13:59-da qəzaya uğrayıb və sahilə yaxın ərazidə suya düşüb.

Poliqon.info