Paytaxtda “Prius”ların iştirakı ilə qəza baş verib

Paytaxtın mərkəzində yol-nəqliyyat hadisəsi baş verib...

Bizim.Media xəbər verir ki, hadisə Bakının Səməd Vurğun küçəsində qeydə alınıb.

Qəza zamanı “Toyota Prius” markalı iki avtomobil toqquşub.

Hadisənin baş verməsinə səbəb ara məsafəsinin saxlanılmaması olub.Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Poliqon.info