İrəvan KTMT-dən Ermənistana yardım məsələsini gündəmdən çıxarmağı xahiş edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından ölkəyə yardımla bağlı sənədi gündəmdən çıxarmağı xahiş edib...

Poliqon Tass Agentliyinə istinadən xəbər verir ki, bu barədə KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Minskdə Aleksandr Lukaşenko ilə görüşündə bildirib.

“Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım haqqında qərarın yekunlaşdırılmasına dair məsələ sammitin gündəliyinə salınıb. Lakin Erməni tərəfi, bütün digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, bu sənədə heç bir maraq göstərməyib və üstəlik, yekun hissədə, onlar bu məsələni işimizi tamamilə gündəmdən çıxarmağı xahiş ediblər”, deyə KTMT-nin Baş katibi bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi TəşkilatınIN Minskdə keçiriləcək sammitində iştirak etməkdən imtina edib.

Poliqon.info