Saakaşvili Gürcüstan prezidentini onu əfv etməyə çağırıb

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəmə iclasında Gürcüstan prezidenti Salome Zurabişvilini onu əfv çağırıb...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Saakaşvili müraciətində qeyd edib ki, bununla Zurabaşvili ölkədə siyasi tarazlığı bərpa edəcək və atanı uşaqlarına qaytaracaq.

Qeyd edək ki, Gürcüstanın keçmiş lideri 2007-ci ildə etirazları dağıtmaqda və büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur. Hazırda məhkəməsi gedən Saakaşvili Gürcüstandakı klinikaların birində müalicə alır, o, prosesə videobağlantı vasitəsilə qoşulur.

“Əlbəttə, ruhən özümü daha şən hiss edirəm, amma fiziki olaraq bu belə deyil. Həkimlər mənim səhhətimin daha yaxşı olduğunu təsdiq edə bilmirlər. Xanım Salome bir imza ilə atanı övladlarına qaytara və Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər”, deyə eks-prezident çıxışı zamanı deyib.

Gürcüstanın ədliyyə naziri Rati Breqadze noyabrın 10-da bildirib ki, Saakaşvili həkimlərin müvafiq qərarı aldıqdan sonra həbsxanaya qaytarılacaq.

Poliqon.info