Türkiyə Almaniyadan "Eurofighter" alıb, PUA sata bilər

Türkiyə və Almaniya "Eurofighter" qırıcılarının satışı müqabilində Berlinə Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) tədarükü imkanını müzakirə ediblər...

Poliqon xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yazır.

Bundan əvvəl ölkənin milli müdafiə naziri Yaşar Gülər ​​Türkiyənin 40 "Eurofighter" qırıcısı almaq niyyətində olduğunu bildirmişdi. Bunun üçün Böyük Britaniya və İspaniyanın razılığı artıq alınıb, Almaniyanı razı salmaq qalır.

"Yeri gəlmişkən, məndə olan məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Olaf Şolts arasında şam yeməyi müsbət atmosferdə keçib. O, Ərdoğana çox hörmətlə yanaşıb. Gündəmdə "Eurofighter" müqabilində PUA-ların satışı var idi", deyə hökumət dairələrinin yaxın dostu, qəzetin köşə yazarı Abdulkadir Selvi yazıb.

ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci ilin iyulunda müdafiə büdcəsinə düzəlişi qəbul edib ki, Türkiyə Yunanıstan hava məkanını pozduğu müddətcə ABŞ administrasiyası yeni F-16 təyyarələri və onların modernləşdirilməsi üçün komponentləri Türkiyəyə satmağı qadağan edir. Bundan əvvəl Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə beşinci nəsil F-35 qırıcı-bombardmançı istehsalı proqramından çıxarılmışdı.

Poliqon.info