Rusiya DİN Camalanı axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın xalq artisti Camalanı (əsl adı Susana Camaladinova) beynəlxalq axtarışa verib.

Poliqon xəbər verir ki, TASS bu barədə Rusiya DİN-in axtarış məlumat bazasına istinadən məlumat yayıb.

"Camaladinova Susana Alimovna Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib", deyə məlumatda qeyd edilir.

Ukraynalı müğənninin hansı maddə ilə axtarıldığı açıqlanmır.

Qeyd edək ki, Camala 2016-cı ildə Eurovision Mahnı Müsabiqəsinin qalibi olması ilə tanınır. O, 2016-cı ildən Ukraynanın Xalq artistidir.

Sənətçi Oş şəhərində (Qırğızıstan) Krım tatarı və erməni qadının qarışıq ailəsində anadan olub. Krım tatarlarının reabilitasiyasından sonra ailə Krıma köçüb. Yetkinlik dövründə müğənni Kiyevdə yaşayıv. Ukraynada münaqişə başlayandan sonra o, Polşaya köçüb.

Bu ilin sentyabrında Moskvanın Basmannı məhkəməsi ukraynalı teleaparıcı Mariya Efrosininanı "Rusiya Silahlı Qüvvələrinin siyasi nifrət əsasında istifadəsi ilə bağlı qəsdən yalan məlumatı ictimai yaymaqda" təqsirli bilib və qiyabi olaraq 7 il müddətinə ümumi rejim rejimli koloniyada cəzaya məhkum edib.

Poliqon.info