Mbappe: Messi PSJ-də Barselonada olduğu kimi eyni oyunçu deyildi

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe bildirib ki, Lionel Messi Fransa klubuna keçərək oyununu dəyişib...

Poliqon xəbər verir ki, bu barədə "90min" portalı məlumat yayıb.

"Mən Messi ilə oynadım və o, oyununu dəyişdi. PSJ-də o, "Barselona"dakı kimi oyunçu deyildi. Bu, ona dünya kubokunu, kollektiv və fərdi titulları qazanmağa imkan verdi", deyə Mbappe bildirib.

Qeyd edək ki, Messi 2003-2021-ci illərdə Kataloniya "Barselona"sında çıxış edib. Hər iki tərəfin istəyinə baxmayaraq, İspaniya çempionatının rəhbərliyi tərəfindən qoyulan maliyyə məhdudiyyətləri səbəbindən yeni müqavilə imzalanmayb. Argentinalı azad agent kimi PSJ-yə keçib və iki il Paris klubunda oynadıqdan sonra - 2023-cü ilin yayında "İnter Mayami"yə üz tutub.

Poliqon.info