Baydenin reytinqi prezidentliyi dövründə rekord səviyyədə aşağı düşüb

ABŞ Prezidenti Cozef Baydenin reytinqi onun prezidentliyi dövründə ən aşağı səviyyəyə enib...

“Report” xəbər verir ki, bu, “NBC News”un sorğusuna əsasən məlum olub.

Sorğu Baydenin reytinqinin 40%-ə düşdüyünü göstərib. Hesab olunur ki, reytinqin aşağı olması seçicilərin əksəriyyətinin dövlət başçısının xarici siyasətə yanaşmasını və İsrail-HƏMAS münaqişəsi ilə bağlıdır.

O da məlum olub ki, 2024-cü il seçkiləri ərəfəsində Baydenin reytinqi ilk dəfə ABŞ-ın keçmiş prezidenti Donald Trampdan geri qalıb.

Nəticələrin təhlili 18 yaşdan 34 yaşa qədər olan seçicilər arasında fikir dəyişikliyini göstərib və bəyənmə reytinqi 31%-ə düşüb.

Poliqon.info