Naxçıvanda Türkiyə vətəndaşının idarə etdiyi TIR aşıb - Foto

Naxçıvan şəhərində Türkiyə vətəndaşının idarə etdiyi TIR aşıb...

“Nuhçıxan TV” xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Şəhriyar küçəsində (Əliabad yolu) qeydə alınıb.

Türkiyə vətəndaşı, İğdır şəhər sakini Taşkın Lütenin idarə etdiyi 76 DK 945 nömrə nişanlı ağır yüklü TIR yoldan çıxaraq aşıb.

İlkin araşdırmaya görə, sürücü yuxulu vəziyyətdə olub. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma davam etdirilir.

Poliqon.info