İtaliyalı media nümayəndələri Mətbuat Şurasında olublar

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkəmizdə səfərdə olan italiyalı media nümayəndələri - İtaliya Mətbuat Şurasının üzvü, «Terra» qəzetinin rəhbəri Sercio Bellucci və «İl sole domenika» qəzetinin baş redaktoru Armando Massarentti ilə görüşüb
Məlumata görə,  MŞ-nin ofisində baş tutan görüşdə avropalı qonaqlara Şuranın iş prinsipləri barədə məlumat verilib.Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılıb. Əsas fəaliyyət missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarət olan MŞ ötən müddətdə bir sıra nüfuzlu beynəlxalq media təşkilatları ilə əməkdaşlıq edib. Mövcud əməkdaşlıq çərçivəsində jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına, söz və ifadə azadlığı sahəsində görülən işlərin daha da sürətləndirilməsinə xüsusi önəm verilib.(qafqazinfo)