Xırdalanda qadını öldürüb, qaçdı

Abşeron rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəza hadisəsi baş verib
Xırdalan şəhəri Heydər Əliyev prospektində, Əlillər binasının qarşısında naməlum avtomobil bina sakinini vurub və hadisə yerindən qaçıb. Nəticədə 1962-ci il təvəllüdlü Əliyeva Ellada Məmmədqasım qızı hadisə yerində ölüb. Mərhumun həyat yoldaşının əlil olduğu bildirilir. Hüquq-mühafizə orqanları hazırda qəzaya səbəb olan avtomobilin axtarışı ilə məşğuldur.(axar.az)