Azərbaycan MN: Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır

Azərbaycan Müdafiə Nazirliyi ordumuzun Ermənistan tərəfinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə atəş açması ilə ba\lı xəbəri təkzib edib...

Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir", - məlumatda vurğulanıb.

Poliqon.info