Bakı-Şamaxı-Yevlax yolunda maşın dərəyə aşıb, xəsarət alan var - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu (Bakı-Şamaxı-Yevlax yolunun 105-ci kilometrlik hissəsi) ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub...

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə “RAVON” markalı minik avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş D.Məmmədovanı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Poliqon.info