İsrail Qəzzaya gündə 2 yanacaq maşını buraxmağa razılaşıb

İsrail BMT-nin ehtiyacları, həmçinin su və kanalizasiya sistemlərinə texniki xidmət üçün Qəzzaya gündə 2 yanacaq daşıyan maşın buraxmağa razılaşıb...

APA İsrail mətbuatına istinadən xəbər verir ki, ölkənin müharibə kabineti bu qərarı İsrail Müdafiə Qüvvələri (IDF) və Şin Bet-in (İsrail daxili Təhlükəsizlik Xidməti) tövsiyəsi və ABŞ rəsmilərinin tələbi əsasında qəbul edib.

Bildirilib ki, İsrail yanacağın HAMAS-ın əlinə keçməməsini təmin etmək üçün çatdırılmanı izləyəcək.

"Bu addım bütün əraziyə yayıla biləcək, Qəzza Zolağı sakinlərinə, eləcə də öz qüvvələrimizə zərər verə biləcək və potensial olaraq İsrailə yayıla biləcək pandemiyanın qarşısını almaq üçün su, kanalizasiya və sanitar sistemlər üçün lazım olan minimum texniki xidmətə imkan vermək məqsədi daşıyır", - İsrail rəsmisi bildirib.

O əlavə edib ki, bu addım "İsrailə HAMAS-ı məhv etmək üçün lazımi diplomatik manevr imkanı verəcək".

Poliqon.info