Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada görüşməsi mümkündürmü?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyada görüşü ilə bağlı hələlik konkret razılaşma yoxdur...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan “İnterfaks” Agentliyinə bildirib.

Səfir qeyd edib ki, İrəvan Rusiya tərəfinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün Rusiyada keçirilməsi təklifini nəzərdən keçirir, lakin hələlik konkret razılaşma yoxdur.

“Müxtəlif təkliflər, müzakirələr var, amma hələlik konkret razılaşma yoxdur. İş qrafiki ilə bağlı çətinliklər yaranıb. Ona görə də bu məsələ ətrafında heç bir problem yoxdur, sadəcə olaraq texniki razılaşma var və müzakirələr davam edir. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir. Hazırda XİN rəhbərlərinin görüşü ilə bağlı iş gedir”, deyə Arutyunyan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində “İnterfaks”ın müvafiq sualını cavablandırarkən deyib.

Poliqon.info