Yaponiyanın Baş naziri Si Tsinpinlə görüşüb

Yaponiyanın Baş naziri Fumio Kişida San-Fransiskoda keçirilən ATER sammitində Çin sədri Si Tsinpin ilə görüşüb...

Poliqon xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo Agentliyi məlumat yayıb.

Görüş zamanı Kişida Yaponiya-Çin münasibətlərinin “sabit və konstruktiv” qurulmasına çağırıb, həmçinin yapon dəniz məhsullarına qoyulan embarqonun ləğvini və mübahisəli ərazilər yaxınlığında Çin tədqiqat şamandıralarının çıxarılmasını tələb edib,

“Gələcək nəsillər naminə biz Yaponiya-Çin münasibətləri üçün daha parlaq gələcək açmalıyıq, mən bunu birgə səylərlə etmək istəyirəm”, deyədeyə Kişida Çin liderinə bildirib.

Öz növbəsində, Si Tsinpin qeyd edib ki, əməkdaşlıq qarşılıqlı faydalı və “yeni dövrə uyğun” olmalıdır. Si vurğulayıb ki, tərəflər öz xalqlarının ümumi maraqları naminə müxtəliflikləri düzgün həll etməlidirlər.

Kyodo Agentliyi qeyd edir ki, Yaponiyanın Baş naziri Sidən tələb edib ki, Şərqi Çin dənizinin akvatoriyasında mübahisəli Senkaku (Diaoyu) adasının sahilləri yaxınlığında yerləşən tədqiqat gəmisini Çin dərhal çıxarsın.

Baş nazir həmçinin cənab Sidən yapon dəniz məhsullarının Çinə idxalına qoyulan məhdudiyyəti aradan qaldırmağı xahiş edib.

Poliqon.info