Avropa komissarı: “Miqrantlar olmasa Aİ iflic vəziyyətinə düşəcək”

Avropanın daxili işlər üzrə komissarı İlva Yohansson hesab edir ki, miqrantlar olmadan Avropa iflic vəziyyətinə düşəcək...

O, müvafiq fikri İspaniyada qanuni miqrasiya ilə bağlı yüksək səviyyəli konfransda bildirib.

Komissar qeyd edib ki, miqrantlar olmasaydı, Avropa əziyyət çəkərdi:

“Miqrantlar Avropa İttifaqında fəaliyyətini dayandırsalar, Avropa iflic vəziyyətinə düşəcək. Miqrasiya idarə oluna bilər, bu, normaldır və bizi qorxutmamalıdır. Bəli, problemlər, çətinliklər ola bilər, lakin biz onların öhdəsindən gələ bilərik, çünki miqrasiya lazımdır”.Komissarın sözlərinə görə, ötən il 3,5 milyon insan Avropaya qanuni, 370 minə yaxın insan isə qeyri-qanuni yollarla daxil olub.

“Heç kim qanuni yolla gələnlər haqqında danışmır, lakin onlar Avropada miqrantların əksəriyyətini təşkil edirlər. Çoxu işləmək üçün gəlib. Bu, təşviq edilməli olan marşrutdur və qeyri-qanuni marşrut minimuma endirilməlidir”, - Yohansson deyib.

Poliqon.info