Mingəçevirdə həftə ərzində 5 uşağa kəskin virus hepatiti diaqnozu qoyulub

Son bir həftə ərzində 5 nəfər (4-ü oğlan, 1-i qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib...

Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Müraciət edən şəxslərdən birinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağır qiymətləndirilib. Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub.

Poliqon.info