Rusiya ordusu Xerson vilayətini atəşə tutub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiya ordusu Ukraynanın Xerson vilayətini atəşə tutub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb...  

APA xəbər verir ki, bu barədə Xerson regional hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin “Telegram”da məlumat paylaşıb.

Prokudinin sözlərinə görə, ruslar Belozyorka qəsəbəsini və ətraf kəndləri intensiv surətdə atəşə tutub. Əsasən yaşayış binaları və mülki infrastruktur vurulub.

Hazırda Belozyorka və ətraf kəndlər elektrik enerjisiz qalıb.

Poliqon.info