Məktəblərdə “Hepatit A” virusu yayılır: Valideynlər nəyə diqqət etməlidir?  - Yenilənib, Video

Mingəçevirdə məktəblilər arasında “Hepatit A” virusuna yoluxma halı aşkarlanıb...

Son bir həftə ərzində sözügedən diaqnozla beş nəfər xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.

Hər bir ünvanda həkim epidemioloq tərəfindən araşdırma aparılıb və dörd məktəblinin “Hepatit A” virusuna yoluxması təsdiqlənib.

Həkim İlqar Həsənovun sözlərinə görə, xəstələrin vəziyyəti hazırda yaxşıdır və valideynlərinin təkidi ilə müalicələri paytaxtda davam etdirilir.

Ətraflı Baku TV-nin süjetində:

***

Mingəçevirdə hepatit A virusuna yoluxan beş nəfər uşaq Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.

Bu barədə Oxu.Az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.

***

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma faktının aşkarlanması barədə açıqlama verib.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin hadisədə beş nəfər uşaq hepatit A virusuna yoluxub:

“Bir nəfər 8 nömrəli məktəbin, iki nəfər texniki-humanitar liseyin şagirdi, iki nəfər isə məcburi köçkün məktəbinin şagirdləridir. Onlar 7, 9 və 10-cu sinif şagirdləridir”.

***

Səhiyyə Nazirliyi Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma faktının aşkarlanması barədə açıqlama verib.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində daxil olan bildirişə əsasən araşdırma aparılıb:“Kür çayından götürülən su nümunələrində hepatit A virusu aşkar edilməyib”.

***

Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma aşkarlanıb.

“Unikal”ın məlumatına görə, son bir həftə ərzində şəhərin əsasən “Tərəvəzçilik” yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.

Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir.

Poliqon.info