Müdafiə naziri: Rusiya dezinformasiyaları Bolqarıstan cəmiyyətində çaşqınlıq yaradır

Bolqarıstanın müdafiə naziri Todor Taqarev bildirib ki, Bolqarıstan cəmiyyətində rusiyayönümlü mənbələrdən yayılan dezinformasiya nəticəsində yaranan daimi müharibə qorxusu silahlı qüvvələrin döyüş effektivliyinə ciddi təsir göstərir...

Poliqon xəbər verir ki, bu barədə “Euarctiv” nəşrinin məlumatında bidirilir.

Ölkənin hərbi kafedrasının təhlilindən belə çıxır ki, hərbi akademiyalara qəbul üçün ərizələrin sayı 35%, kursantların sayı isə 45% azalıb. Bolqarıstan Müdafiə Nazirliyinin proqnozlarına görə, dörd il ərzində orduda kütləvi zabit çatışmazlığı yaranacaq.

“Bu, parlament partiyalarının dezinformasiya kampaniyasının ölkənin döyüş qabiliyyətini necə azaltdığının bariz nümunəsidir”, deyə Taqarev NATO-ya üzvlük və Kiyevə hərbi yardım göstərilməsinin Bolqarıstan və Rusiya arasında birbaşa hərbi münaqişəyə gətirib çıxaracağı ilə bağlı bəyanatları şərh edərkən bildirib.

O xatırladıb ki, bu cür bəyanatlar bəzi siyasi partiyaların hələ də seçki kampaniyalarının əsasını təşkil edir.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin Bolqarıstan və Almaniyanın Ukraynaya yeni silah partiyaları tədarük edəcəyini açıqlamışdı. Sofiya Ukrayna ordusuna S-300 zenit-raket kompleksləri üçün komponentləri təhvil verəcək, Berlin isə münaqişə zonasına iki IRIS-T hava hücumundan müdafiə sistemi və 10 "Leopard" tankı tədarük edəcək.

Poliqon.info