Politoloq: Bayden və Si dünyanın yenidən bölünməsini müzakirə edib

Siyasi şərhçi Andrey Perla San-Fransiskoda ABŞ prezidenti Co Bayden və Çin sədri Si Tszinpin arasında baş tutan görüşü şərh edib...

Poliqon xarici mətbuata istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, iki lider arasında dialoqun əsas mövzusu dünyanın təsir sferalarına bölünməsi olub.

“Bu yeni reallıq Si və Baydenin görüşündən bir müddət əvvəl dövrümüzün böyük politoloqu Mearşeymer tərəfindən qeydə alınıb. O, həmçinin deyir ki, hazırda dünyada üç super güc var: ABŞ, Çin və Rusiya. Bu, artıq gözardı edilə bilməyən bir faktdır”, deyə politoloq qeyd edib.

Andrey Perlanın fikrincə, müasir dünya nizamı elədir ki, ABŞ Çinlə bərabər güc kimi danışmağa məcburdur və bu, Vaşinqtonun xoşuna gəlmir.

Qeyd edək ki, noyabrın 15-də ABŞ və Çin liderləri arasında danışıqlar baş tutub. Ağ Evin məlumatına görə, onlar 2,5 saatdan az davam edib. İclasda Si Tszinpin ABŞ-ı Tayvanı silahlandırmağı dayandırmağa və bir Çin prinsipini dəstəkləməyə çağırıb, çünki bu məsələ Pekinlə münasibətlərin inkişafı üçün əsasdır.

Poliqon.info