Ruslar İspaniyada rekord sayda daşınmaz əmlak alqı-satqısı edib

İspaniyada Rusiya vətəndaşları tərəfindən daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatların sayı rekord səviyyədə artıb...

Poliqon xəbər verir ki, bu barədə RBC ölkənin Notariat Statistik İnformasiya Mərkəzinin hesabatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, 2023-cü ilin yanvar-iyun aylarında belə əməliyyatların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 50,2% artaraq 2137 ədəd təşkil edib.

"NF Group" konsaltinq şirkətinin xarici daşınmaz əmlak departamentinin direktoru Anna Larina bildirib ki, Rusiya vətəndaşları İspaniyada daha çox daşınmaz əmlak alırlar.

Ümumilikdə, 2023-cü ilin yanvar-iyun aylarında İspaniyada xarici vətəndaşlar tərəfindən daşınmaz əmlakla bağlı əməliyyatların sayı 7,5% azalaraq 67,98 minə çatıb. Əqdlərin sayında artım yalnız Rusiya (50,2%), Ukrayna (41,6%) və ABŞ (13,6%) vətəndaşları arasında müşahidə olunub.

Larinanın sözlərinə görə, İspaniyada ev almaq çox vaxt yaşayış icazəsi əldə etmək vasitəsi kimi qəbul edilir. Bu sənəd sayəsində siz Avropa İttifaqının hər yerində sərbəst hərəkət edə bilərsiniz.

Poliqon.info